Bakı. Trend:
“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisindəyerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarətalması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərbarəsində olan hökmdən verilən apellyasiya şikayətləri üzrə sonuncuməhkəmə prosesi keçirilib.
Trend xəbərverir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərarqəbul edilib.
Qərara əsasən, verilən apellyasiya şikayətləri təmin edilməyib.Lakin təqsirləndirilən şəxslərə Amnistiya aktı şamil edilib vəonların cəzası 6 ay azaldılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən,təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayev 6 il müddətinəazadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 15-də paytaxtın BakınınBinəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətininərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunanpartlayış baş verib.
Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə küllimiqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğıntəhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxstərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çoxşəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isəhəmin Məcəllənin 225.3-cü maddəsi ilə ittiham elan edilib.