ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Avropa çempionu ilə Amerika Kubokunun qalibinin qarşılaşacağı Finalissima futbol matçı Madridin "Real" klubunun ev stadionu olan "Santyaqo Bernabeu"da keçirilə bilər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə jurnalist Arança Rodriqes "X" sosial şəbəkəsində məlumat verib.
Bildirilib ki, qarşılaşma əvvəlcə martın 27-də Qətərdə yerləşən Lusail Milli Stadionunda keçirilməli idi. Lakin FİFA-nın matç direktoru Alişer Nikimbayev oyunun Qətərdə baş tutmayacağını açıqlayıb. Yeni məkan və tarix daha sonra elan ediləcək.
Finalissima Avropa çempionu ilə Amerika Kubokunun qalibi arasında keçirilir.
Argentina yığması 2024-cü ildə finalda Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək Amerika Kkubokunu qazanıb. İspaniya isə AVRO‑2024 finalında İngiltərə üzərində 2:1 hesablı qələbə ilə Avropa çempionu olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.