
“Real Madrid”in 18 yaşlı yarımmüdafiəçisi Tyaqo Pitarç Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə ilk oyununda meydana çıxaraq, Raulun rekordunu yeniləyib.
Yeniavaz.com xəbər verir ki, Pitarç 18 yaş 220 günlüyündə Çempionlar Liqasının pley-off matçında “Real Madrid”in heyətində meydana çıxan ən gənc futbolçu olub.
Raul isə bu rekordu 18 yaş 253 günlüyündə 1996-cı ilin mart ayında “Yuventus”a qarşı oyunda meydana çıxaraq əldə edib.