EN

"Real"ın ispan yarımmüdafiəçisi əfsanəvi həmyerlisinin rekordunu yenilədi

"Real Madrid"in yarımmüdafiəçisi Tyaqo Pitarç rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, gənc futbolçu buna "Mançester Siti"yə qalib gəldikləri (3:0) matçda - UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda start heyətində yer almaqla nail olub.

O, 18 yaş 220 günlüyündə ilk "11-liy"ə düşməklə "Real" tarixində matça start heyətində başlayan ən gənc ispan futbolçu ünvanına sahib çıxıb.

Pitarç klubunun əfsanəvi oyunçusu Raul Qonsalesin rekordunu qırıb. Raul 1996-cı ildə, 18 yaş 253 günlük olarkən "Yuventus"la görüşdə iştirak edib.

Toğrul

Chosen
46
1
fanat.az

2Sources