EN

Stresli iş yoldaşı daha tez qocaldır

Stres və çətin sosial münasibətlər insanın bioloji yaşlanma prosesini sürətləndirə bilər.


Pravda.az xatırladır ki, həyatımızda daim narahatlıq və ya problemlər yaradan insanlarla münasibətlər orqanizmdə stres reaksiyasını gücləndirir və bu da qocalma prosesinə təsir edir.


Tədqiqat nəticələrinə görə, belə stresli münasibətlər insanın bioloji yaşını təxminən 9 ay sürətləndirə bilər. Bu, orqanizmdə stres hormonlarının – xüsusilə kortizol və adrenalinin uzun müddət yüksək səviyyədə qalması ilə əlaqələndirilir.


Mütəxəssislər bildirir ki, uzunmüddətli stres bədəndə “allostatik yük” adlanan vəziyyət yaradır. Bu zaman orqanizm daim gərginlik vəziyyətində qalır və nəticədə iltihabi proseslər artır, hüceyrələr daha tez köhnəlir.


Araşdırmalar həmçinin göstərir ki, insanların təxminən 30 faizi həyatında belə çətin və stres yaradan münasibətlərlə qarşılaşır. Xüsusilə qadınlar, siqaret çəkənlər və sağlamlıq problemləri olan şəxslər bu cür stresli mühitə daha çox məruz qala bilər.


Əminə Bayramova 

Tarix: 12 Mart 2026, 17:36   
Chosen
37
pravda.az

1Sources