EN

Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti BDU da

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 mart, AZƏRTAC

Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti Miras Daulenov Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elçin Babayev ölkələr arasında əlaqələrin elm və təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əlverişli əməkdaşlıq imkanları yaratdığını bildirib. Tərəflər elmi-tədqiqat və innovasiya əlaqələrinin gücləndirilməsi, qarşılıqlı akademik mübadilənin genişləndirilməsi, birgə magistr və doktorantura proqramlarının inkişafı kimi prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin dəqiq elmlər üzrə əməkdaşlıq imkanları, süni intellekt, rəqəmsal transformasiya sahələrində ortaq elmi layihələrin həyata keçirilməsi, habelə yeni nəsil tədqiqat laboratoriyalarının yaradılması təşəbbüsləri də müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
70
1
azertag.az

2Sources