EN

Öz ömrümü sənin ömrün bilmişəm... - Əlibala Hacızadə

Kulis.az məşhur yazıçı, şair Əlibala Hacızadənin "Nədəndi"şeirini təqdim edir.

Gah ağlatdın, gah güldürdün sən məni,
Hikmətini bilmək olmur, nədəndi?
Selə - suya qərq elədim cahanı -
Göz yaşımı silmək olmur, nədəndi?

Nə biləydim, xəzan vurmuş gülmüşəm,
Öz ömrümü sənin ömrün bilmişəm,
Fələk məni ağladanda gülmüşəm -
Sən ağlatsan gülmək olmur, nədəndi?

Yaşamağa nə inam var, nə güman.
Başım üstdən heç əskilmir sis - duman,
İstəyirəm həsrətinlə verim can,
Həsrətindən ölmək olmur, nədəndi?

Chosen
21
kulis.az

1Sources