ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 11-də səhər saatlarında baş verib.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı kişini vurub. Hadisə nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaxınlıqdakı vətəndaşlar yaralıya ilkin yardım göstəriblər. Qəza səbəbindən ərazidə bir müddət nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Qeyd edək ki, şahidlərin iddiasına görə, piyada yolu piyada keçidindən keçərkən avtomobil tərəfindən vurulub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.