EN

İran liderindən xəbərdarlıq: Müharibə davam etsə, yeni cəbhələr açılacaq

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində regiondakı müharibə ilə bağlı mühüm açıqlamalar verib.

NOCOMMENT.az xəbər verir ki, o, münaqişənin davam edəcəyi təqdirdə yeni cəbhələrin açılması ehtimalının nəzərdən keçirildiyini bildirib.
Xameneinin sözlərinə görə, ABŞ və İsrailin daha az təcrübəyə malik olduğu, həmçinin daha həssas və zəif hesab edilən istiqamətlər üzrə müxtəlif ssenarilər araşdırılıb.

İran lideri vurğulayıb ki, əgər müharibə davam edərsə, verilən məsləhətlər və aparılan araşdırmalar nəzərə alınaraq həmin cəbhələrin aktivləşdirilməsi mümkündür.

“Düşmənlər etdiklərinin hesabını ödəyəcək”, – deyə Xamenei qeyd edib.

O əlavə edib ki, İran İslam Respublikası bölgədə hökmranlıq qurmaq və ya müstəmləkəçilik siyasəti yürütmək niyyətində deyil. Xamenei bildirib ki, Tehran bütün qonşu dövlətlərlə birlik, əməkdaşlıq və qarşılıqlı səmimi münasibətlər qurmağa hazırdır.

Aliyə
NOCOMMENT.az

Chosen
40
nocomment.az

1Sources