EN

Finalissima hansı stadionda keçiriləcək?

"Real"ın stadionu "Santyaqo Bernabeu" Argentina və İspaniya arasında keçiriləcək Finalissima oyununa ev sahibliyi edəcək.

Publika.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Qərarın yaxın vaxtlarda rəsmən təsdiqlənməsi gözlənilir.

Əvvəlcə qarşılaşmanın Qətərin Doha şəhərindəki Lusail Stadionunda keçirilməsi planlaşdırılsa da, Yaxın Şərqdəki münaqişələr səbəbindən yer dəyişdirilməsi barədə danışıqlar aparılıb. Roma Olimpiya və "Benfika"nın "Estadio da Luş" stadionları da nəzərdən keçirilib. Lakin son qərara görə, "Bernabeu" final matçını qəbul edəcək.

Chosen
41
publika.az

1Sources