Finalissima matçının Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcəyi ilə bağlı xəbərlərdən dərhal sonra Argentina tərəfindən gözlənilməz reaksiya gəlib.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, Argentina Futbol Assosiasiyası bu təklifi rədd edib.
İmtinanın əsas səbəblərindən biri kimi oyunun Madriddə keçirilməsinin İspaniya millisinə aşkar üstünlük verəcəyi və bunun da finalın neytral meydanda keçirilməsi prinsipini pozacağı göstərilir. Digər səbəb isə Lionel Messinin uzun illər rəqib olduğu “Real”ın stadionuna dönmək istəməməsi və Argentinanın bu titulu daha ədalətli mühitdə qorumaq istəməsidir.