EN

Xamenei İsrail və ABŞ ı hədələdi: Müharibə davam edərsə...

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.

O qeyd edib ki, ABŞ və İsrailin daha az təcrübəyə malik olduğu, həssas və zəif olduqları digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb.

“Müharibə davam edərsə, məsləhətlər nəzərə alınaraq, həmin cəbhələrin aktivləşdirilməsi həyata keçiriləcək”, – İranın Ali Rəhbəri vurğulayıb.

Müctəba Xamenei “düşmənlərin bədəl ödəyəcəyini” deyib.

“Yenə təkrar edirəm: İran İslam Respublikası bölgədə hökmranlıq və ya müstəmləkəçilik yaratmaq istəmədən, bütün qonşularla birlik, əməkdaşlıq və qarşılıqlı səmimi münasibətlər saxlamağa tam hazırdır”, – o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
70
11
globalinfo.az

10Sources