EN

Qadın güləşçilərimiz yarımfinala vəziqə qazandı

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

"Football-plus.az" xəbər verir ki, 62 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ruzanna Məmmədova uğurlu çıxışını davam etdirib. O, əvvəlcə Bolqarıstan təmsilçisi Fatmə Tahir Şabana üzərində tam üstünlüklə (11:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. R.Məmmədova daha sonra yarımfinala gedən yolda Türkiyə güləşçisi Gülsüm Bingöl ilə qarşılaşıb və rəqibini yenə də tam üstünlüklə (11:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Bundan əlavə ölkəmizi təmsil edən 53 kq çəki dərəcəsində çıxış edən Nərgiz Səmədova isə Litva idmançısı Vestina Daniseviçyutey üzərində 3:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

72 kq-da mübarizə aparan Zəhra Kərimzadə təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Daniyela Petrova Brasnarova ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatsa da, son xal prinsipinə əsasən güləşçimiz məğlub olub.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Chosen
19
1
football-plus.az

2Sources