EN

Paşinyan Vensə qondarma "Artsax"la bağlı kitab verən “soyqırımı muzeyi”nin direktorunu işdən qovub

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun sərəncamı ilə qondarma “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan istefa verib...

APA xəbər verir ki, o, bu gün bu barədə brifinqdə jurnalistin Qzoyanın ABŞ vitse-prezidentinə qondarma “Artsax” haqqında kitab hədiyyə etməsi və “Artsax” barədə danışması ilə bağlı suala cavabında deyib.

“Bəli, istefa ərizəsi yazmasını xahiş etdim. Mən bunu hökumətin həyata keçirdiyi xarici siyasətə zidd hərəkət, bunu təxribatçı hərəkət hesab etdim və ərizənin yazılmasını xahiş etdim”, - Paşinyan qeyd edib.

Baş nazir vurğulayıb ki, Ermənistanda xarici siyasət hökumət tərəfindən aparılır: “Baş nazir Qarabağ hərəkatının olmadığını bəyan edirsə, əcnəbi qonağa “Artsax məsələsi” ilə bağlı kitab vermək nə deməkdir? Bu ölkədə neçə nəfər xarici siyasət apara bilər? Ermənistanda xarici siyasət Ermənistan Respublikası hökuməti tərəfindən aparılır və hökumətin apardığı xarici siyasətə zidd bir şey söyləyən məmur işdən azad edilməlidir. Bu dövlətdir, yoxsa həvəskar fəaliyyət klubudur?”.

Poliqon.info

Chosen
43
6
poliqon.info

7Sources