EN

Nazirlərin katibələri hər axşam bizə məlumat ötürürlər Hafiz Hacıyev

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Hövsanda Ramiz Mehdiyevin bağında dövlət çevrilişinə hazırlıq gedir"Demokrat.az-ın məlumatına görə bunu crossmedia.az-a müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.O bildirib ki, orada işləyən bağban onların partiytasının Abşeron rayon təşkilatının üzvlərindən biri idi."Deyirəm ki, 2010-cu ildə mən dedim ki, Ramiz Mehdiyev işləyərkən dövlət çevrilişi hazırlanır. Mənə dedilər: haradan bilirsən? Mən dedim ki, Hövsanda Ramiz Mehdiyevin bağında dövlət çevrilişinə hazırlıq gedir. Mən dediklərimi bir-bir açıqladım və 6 aydan sonra o məsələ ortaya çıxdı. Niyə? Çünki orada işləyən bağban bizim partiyanın Abşeron rayon təşkilatının üzvlərindən biri idi. Bütün məlumatlar bizdə idi. Bugünkü nazirlərin katibələri var. Onların çoxu axşamlar bizim partiyanın üzvləri ilə əlaqə saxlayır. Biri deyir ki, səninlə ailə quracağam, biri deyir ki, belə olacaq. Bu yolla bütün məlumatları əldə etmişik. Biz onlara hər gün təlimat veririk. Bu baxımdan rayon icra hakimiyyətlərində nə hadisələr baş verir – biz bilirik. Niyə? Çünki bizim rayon təşkilatlarının üzvləri bütün günü çayxanalarda olur, insanların arasında olur, görür ki, xalq arasında nə danışılır. Ona görə də biz daha çox informasiyaya sahib oluruq".Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
77
demokrat.az

1Sources