EN

Ötən il Azərbaycanda "Apple Pay" və "Google Pay" ilə edilən ödənişlər artıb

Bakı. Trend:

2025-ci il ərzində Azərbaycanda "Apple Pay" və "Google Pay"vasitəsilə edilən ödənişlərin sayı 2024-cü illə müqayisədə 67%artıb, həcmi isə 66% yüksəlib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Bildirilir ki, hesabat dövrü ərzində POS-terminallar vasitəsiləedilən hər ikinci təmassız ödəniş məhz "ağıllı cihazlar"la həyatakeçirilib.

"Azərbaycanda rəqəmsal ödənişlərin istifadəsi yüksək dinamikagöstərir. 2025-ci il ərzində Milli Ödəniş Sistemi (MOS) vasitəsiləişlənən əməliyyatların həcmi 840,9 milyard manat təşkil edib ki, buda ÜDM-in altı qatına bərabərdir", - məlumatda qeyd edilib.

Məlumata görə, gündəlik ödənişlərin həyata keçirilməsində əsasödəniş vasitəsi debet və kredit kartları olub, ölkə daxilindəonların köməyi ilə edilən nağdsız ödənişlərin həcmi 2024-cü illəmüqayisədə 26% artaraq 99,1 milyard manata çatıb.

Kartlar vasitəsilə yerli əməliyyatlarda nağdsız dövriyyənin payı2024-cü illə müqayisədə 3,4 faiz bəndi artaraq tarixdə ən yüksəksəviyyə olan 67,6%-ə yüksəlib.

Qeyd edək ki, yanvar ayının sonuna olan məlumata görə,Azərbaycanda banklar və "Azərpoçt" ASC vasitəsilə dövriyyədə olanödəniş kartlarının sayı əvvəlki aydan 176 min ədəd artaraq 22milyon 156 min ədəd olub.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11%artıb.

Debet kartlarının sayı 13,3% artıb, kredit kartlarının sayı isə7,6% azalıb.

Məqalədə:
Chosen
37
az.trend.az

1Sources