EN

"BakuBus"a məxsus olduğu iddia edilən avtobus görənləri təəccübləndirdi - VİDEO

"BakuBus" MMC-yə məxsus olduğu iddia edilən avtobusun yol səthi ilə demək olar ki, tam bitişik vəziyyətdə olduğunu əks etdirən görüntülər yayılıb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan görüntü ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

"BakuBus" MMC-nin Mətbuat Xidməti məsələyə aydınlıq gətirib.

"Məsələ ilə bağlı bildiririk ki, istismarımızda olan avtobuslar müasir hava asqı sistemi ilə təchiz olunub. Bu sistemin texniki xüsusiyyətlərinə görə, avtobusun kuzovunun yol səthinə bu dərəcədə yaxın olması real deyil və texniki baxımdan mümkün deyil.

Aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən görüntülər süni intellekt vasitəsilə hazırlanıb və həqiqəti əks etdirməyən yanlış təəssürat yaratmaq məqsədi daşıyır.

İctimaiyyətdə yanlış təsəvvür yaradan bu cür manipulyativ və saxta görüntülərə etibar etməməyə çağırırıq", - deyə məlumatda bildirilib.

Chosen
94
3
moderator.az

4Sources