EN

Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisində yanğın olub, 2 dənizçi yaralanıb

“USS Gerald R. Ford” gəmisində yanğın olub.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumata görə, döyüşlə əlaqəli olmayan yanğın nəticəsində iki ABŞ dənizçisi xəsarət alıb, onlara tibbi yardım göstərilir.

Yanğın ABŞ-ın Qırmızı dənizdə yerləşən və Yaxın Şərqdə İrana qarşı əməliyyatda iştirak edən “USS Gerald R. Ford” aviadaşıyıcısının camaşırxanasında baş verib.

Qeyd edilib ki, təyyarədaşıyan gəmi tam işlək vəziyyətdədir, mühərrik qurğusu zədələnməyib.

Chosen
25
2
moderator.az

3Sources