EN

Rusiyadan İrana göndərilən humanitar yardım Lənkərandan yola salınıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İrana göndərdiyi humanitar yardım Lənkərandan yola salınıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, dərman preparatları və tibbi ləvazimatlardan ibarət yardım Lənkəran Beynəlxalq Hava Limanında İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük avtomobillərinə yüklənib. Yardım daşıyan nəqliyyat vasitələri Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrana keçəcək.

Bildirilib ki, Rusiyadan İrana göndərilən tibbi yardımın ümumi çəkisi 13 tondur.

Chosen
37
5
moderator.az

10Sources