EN

Ehtiram Quliyevin üzündən işini itirən funksioner(i) “Şəfa" tapdı

I Liqada yarışan “Şəfa”da yeni təyinat baş tutub.

Sportinfo.az xəbər verir ki, klubun yaydığı məlumata görə, Nadir Nəbiyev akademiya rəhbəri vəzifəsinə təyin edilib.

Nadir Nəbiyev peşəkar futbolçu kimi uzun illər Azərbaycan futbolunda çıxış etmiş, "Neftçi", “Standart”, “Turan Tovuz"və "Xəzər Lənkəran"ın heyətində oynayıb, həmçinin Azərbaycan millisinin formasını geyinib.

O, uzun illər “Turan Tovuz"a rəhbərlik edib. Təcrübəli funksioner 2,5 il öncə doğma rayonunun təmsilçisi ilə vidalaşmaq məcburiyyətində qalıb.

Sırf Ehtiram Quliyevin üzündən. 2023-cü ilin martında klubu himayəsinə götürən, bir müddət sonra İdarə Heyətinin sədri postuna keçən iş adamı onun nüfuzunu görüncə, rahatsız olub.

Belədə Nəbiyevə əsl münasibətini ortaya qoyub, tədricən səlahiyyətlərini əlindən alıb. Tanınmış idarəçinin əsas komanda ilə bütün əlaqələrini kəsib, akademiyaya “sürgün edib".

Burada isə Quliyevin yaxın qohum-əhrabası ilə ona göz verib, işıq verməyib.

Belədə Nadir bəy min bir əziyyətini çəkdiyi, Premyer Liqaya qaytardığı klubu tərk etmək məcburiyyətində qalıb.

Chosen
46
sportinfo.az

1Sources