EN

ABŞ Hörmüz boğazından tankerlərin keçməsi ilə bağlı yanlış məlumat yaydı

ABŞ Hörmüz boğazından tankerlərin keçməsi ilə bağlı yanlış məlumat yaydı

ABŞ Energetika Nazirliyində baş vermiş anlaşılmazlıq neft tankerinin Hörmüz boğazından keçməsi ilə bağlı yanlış məlumatın dərc edilməsinə səbəb olub.

AFN.az xəbər verir ki, bu barədə nazirlik rəhbəri Kris Rayt X hesabında məlumat verib.

Kris Rayt ABŞ Hərbi Dəniz Qüvvələrinin neft tankerini Hörmüz boğazından müşayiət etməklə uğurlu əməliyyat keçirdiyini bildirsə də, yarım saat sonra həmin bəyanat silinib. "Bu, nazirliyimizdə baş vermiş bir anlaşılmazlıq idi. Nazirliyin rəhbəri kimi buna görə məsuliyyəti tamamilə öz üzərimə götürürəm. Çox təəssüf doğuran haldır, bir daha belə bir şey təkrarlanmayacaq", — deyə o bildirib.

Chosen
38
afn.az

1Sources