Türkiyədə səfərdə olan BMT Baş katibi Antonio Quterreş "Atatürk Beynəlxalq Sülh Mükafatı"na layiq görülüb.
"Report" xəbər verir ki, mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Mükafatlandırma mərasimindən əvvəl Ərdoğan BMT-nin sülhsevər fəaliyyətini müsbət qiymətləndirib.
Antonio Quterreş də regional stabillik üçün atılan addımlara görə Türkiyəyə türk dilində təşəkkür edib.
BM Genel Sekreteri Antonio Guterres’e Atatürk Uluslararası Barış Ödülü Takdimi https://t.co/lVR1QFKFhs
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 12, 2026