Rusiyadan İrana göndərilən humanitar yardım Astara dövlət sərhəd buraxılış məntəqəsindən İrana keçib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə Rusiyadan İran İslam Respublikasına göndərilən dərman ləvazimatları ilə humanitar yardım bir az əvvəl Astara dövlət sərhəd buraxılış məntəqəsinə çatıb. Ğ
Müvafiq prosedur qaydalarından sonra humanitar yardımın Azərbaycan sərhədi vasitəsi ilə İrana keçidi təmin olunub.
Qeyd edək ki, bu gün günorta saatlarında Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi humanitar yardımla Lənkəran Beynəlxalq Hava Limanına eniş edib. Yüklər İrana məxsus Qirmızı Aypara Cəmiyyətinin yük avtomobillərinə yüklənərək Astara istiqamətinə yola salınıb.
***
19:35
Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardım Lənkərandan yola salınıb.
APA-nın cənub bürosunun xəbərinə görə, dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəran Beynəlxalq Hava Limanında İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənib. Maşınlar Astara dövlət sərhədindən buraxılış məntəqəsindən İrana keçəcək.
Rusiyadan İrana 13 ton tibbi vasitənin göndərildiyi bildirilir.
***
15.17
Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardımla yüklü təyyarə Lənkəran Beynəlxalq Hava Limanına eniş edib.
APA-nın cənub bürosunun xəbərinə görə, dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəranda İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənərək, Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə göndəriləcək.
Rusiyadan İrana 13 ton tibbi vasitənin göndərildiyi bildirilir.