Füzuli rayonunda mina partlayıb, ölən var.Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib. Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.Nəticədə çoban ölüb, atı isə tələf olub.Faktla bağlı araşdırma aparılır.