EN

Füzulidə mina partladı - Çoban həlak oldu

Füzuli rayonunda mina partlayıb, ölən var.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.

Nəticədə çoban ölüb, atı isə tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
107
12
manset.az

10Sources