EN

Ağ Ev həmin xəbəri təkzib etdi

ain.az, Modern.az saytına istinadən bildirir.

ABŞ Federal Təhqiqat Bürosunun (FBI) Kaliforniyada mümkün İran dron hücumu ilə bağlı yaydığı xəbərdarlıq təsdiqlənməmiş bir məlumata əsaslanıb.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Leavitt sosial şəbəkədə yazıb.

O bildirib ki, ABŞ ərazisinə İran tərəfindən belə bir hücum təhlükəsi mövcud olmayıb və hazırda da yoxdur. Onun sözlərinə görə, yayılan məlumat yalnız təsdiqlənməmiş bir mənbənin verdiyi ipucuna əsaslanırdı.

Məxfi xəbərdarlıq sənədi çərşənbə günü ictimaiyyətə sızıb. Sənəddə qeyd olunurdu ki, İran ABŞ-ın İrana zərbə endirəcəyi halda dənizdən buraxılan pilotsuz uçuş aparatları vasitəsilə Kaliforniyadakı hədəflərə qəfil hücum təşkil etməyi nəzərdən keçirə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
89
50
modern.az

10Sources