EN

SON DƏQİQƏ: ABŞ-də sinaqoqda atışma: əraziyə polis gəldi - VİDEO

ABŞ-də dini ibadət məkanında silahlı insident baş verib.

Musavat.com xəbər verir ki, Michigan ştatında yerləşən sinaqoqlardan birində atışma başlayıb. Hadisə ilə bağlı polis dərhal əraziyə cəlb olunub və təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları yerli sakinlərə hadisə baş verən əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib. Hazırda polis insidentə reaksiya verir və vəziyyəti nəzarət altına almağa çalışır.

Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

 

Musavat.com

Chosen
94
musavat.com

1Sources