EN

Tokayevdən rus dilinin statusu ilə bağlı iddialara CAVAB

Olke.az saytına istinadən ain.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə rus dilinin statusunun aşağı salındığı barədə səslənən fikirlərə münasibət bildirib.

"Ölkə.az" xəbər verir ki, dövlət başçısı bu cür iddiaların yanlış olduğunu açıqlayıb.

Tokayev qeyd edib ki, yeni konstitusiyanın mətninin həm qazax, həm də rus dillərində dərc olunması bu məsələyə ən aydın cavabdır. Onun sözlərinə görə, bu fakt ölkədə rus dilinin statusunun dəyişdirildiyi barədə iddiaların əsassız olduğunu göstərir.

Prezident vurğulayıb ki, Qazaxıstan çoxmillətli dövlətdir və burada müxtəlif dillərə hörmətlə yanaşılır. Dövlət dili qazax dili olsa da, rus dili ölkənin ictimai və sosial həyatında geniş istifadə olunan ünsiyyət vasitələrindən biri olaraq qalır.

Tokayev əlavə edib ki, dil məsələsi üzərindən süni mübahisələr yaratmaq və cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaq doğru deyil.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
64
3
olke.az

4Sources