EN

ABŞ-ın ticarət kəsiri gözləniləndən daha çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ticarət kəsiri gözləniləndən daha çox azalıb.

Banco.azxəbər verir ki, ABŞ Ticarət Nazirliyi yanvar ayına dair xarici ticarət göstəricilərini açıqlayıb.

Məlumata görə, ölkənin xarici ticarət kəsiri yanvar ayında əvvəlki ayla müqayisədə 25,3 faiz azalaraq 54,5 milyard dollara düşüb.

Həmin dövr üçün xarici ticarət kəsirinin 66 milyard dollar olacağı gözlənilirdi.

ABŞ-ın xarici ticarət kəsiri ötən ilin dekabr ayında 72,9 milyard dollar təşkil etmişdi.

Ölkənin ixracı yanvar ayında aylıq ifadədə 5,5 faiz artaraq 302,1 milyard dollarla rekord səviyyəyə yüksəlib, idxalı isə 0,7 faiz azalaraq 356,6 milyard dollara enib.

ABŞ-ın əsas ticarət tərəfdaşlarından olan Avropa İttifaqına (Aİ) qarşı mal ticarəti üzrə kəsiri yanvar ayında aylıq əsasda 5 milyard dollar azalaraq 6,1 milyard dollara düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
79
1
banco.az

2Sources