Martın 12-də titullu norveçli xizəkçi Yohannes Klebo Drammendə keçirilən Dünya Kubokunun ev mərhələsində klassik üslubda sprint yarışını başa vura bilməyib.
Hadisə enişlərdən birində yarımfinal yarışı zamanı baş verib.
Kütləvi yıxılmaya amerikalı Ben Oqdenin təsadüfən Klebonun xizəyini tapdalaması səbəb olub. Yarışın digər iki iştirakçısı bu yıxılma nəticəsində xəsarət alıb.
Norveçli idmançı yıxılarkÉ™n başından ağır xÉ™sarÉ™t alıb vÉ™ özü ayaÄŸa qalxa bilmÉ™yib.Â
Qaziler.az bildirir ki, bu barədə "Sport-Ekspress" qəzeti yazıb.
29 yaşlı norveçli idmançı yarış təşkilatçılarının müşayiəti ilə stadionu tərk edərkən başını tutmağa davam edib.
Klebo Qış Olimpiya Oyunları tarixində ən çox medal qazanan xizəkçidir (11 qızıl medal).
QAZİLER.AZ
Â