EN

David Vilya “Atletiko”ya qayıdıb

Madrid “Atletiko”su klubun sabiq futbolçusu David Vilyanı rəhbərlik strukturuna daxil edib.

Apasport.az xəbər verir ki, keçmiş hücumçu paytaxt təmsilçisinin direktorlar şurasında fəaliyyət göstərəcək.

Klub rəhbərliyi onun təcrübəsindən idarəçilik səviyyəsində yararlanmağı planlaşdırır.

Vilya yeni vəzifəsi ilə bağlı açıqlamasında “Atletiko”ya qayıtmaqdan məmnun olduğunu bildirib. O qeyd edib ki, klubun gələcək uğurları üçün çalışmaq və komandanın inkişafına töhfə vermək istəyir.

Qeyd edək ki, karyerası ərzində “Valensiya”, “Barselona” və “Atletiko” kimi klubların formasını geyinən sabiq forvard İspaniya millisində 98 oyun keçirib və 59 qola imza atıb. O, Madrid təmsilçisinin heyətində La Liqa çempionluğu da qazanıb.

“Tottenhem”də ayrılıq yaxınlaşır

Qordon nəhənglərin hədəfində: PSJ VƏ “SİTİ”

Raulun rekordu qırıldı: Pitariçdən tarixi göstərici

Valverdedən xüsusi uğur

Karlos Vela klub sahibi oldu

Chosen
82
apasport.az

1Sources