EN

Qadın güləşçimiz AVROPA ÇEMPİONU oldu

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında qələbə qazanıb.

Bizim.Media xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Belarus təmsilçisi Marta Hetmanava ilə qarşılaşıb.

Görüş güləşçimizin qələbəsi ilə yekunlaşıb. 

Bununla da Günay Qurbanova Avropa çempionu olub. Gültəkin Şirinova (55 kiloqram) isə gümüş medal qazanıb.


Bizim.Media

Chosen
48
12
bizim.media

10Sources