EN

Dembelenin agenti “Mançester Siti”nin idman direktoru ilə görüşüb

“The Sun” qəzetinin məlumatına görə, 28 yaşlı PSJ hücumçusu Usman Dembelenin agenti Musa Sissoko “Mançester Siti”nin idman direktoru Uqu Viana ilə görüşüb.

İdman.Biz bildirir ki, tərəflər fransız hücumçunun Premyer Liqa klubuna mümkün transferini müzakirə ediblər.

Dembelenin PSJ ilə 30 iyun 2028-ci ilə qədər müqaviləsi var, lakin müqavilənin uzadılması ilə bağlı danışıqlar çətin olub. Tərəflər kompromis tapa bilmirlər.

Usman Dembele 2023-cü ildə “Barselona”dan PSJ-yə 50 milyon avroya keçib. Bu mövsüm hücumçu parislilər üçün bütün yarışlarda 25 oyunda meydana çıxıb, 12 qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 100 milyon avrodur.

İdman.Biz
Chosen
67
1
idman.biz

2Sources