EN

Rəqəmsal fırıldaqçılığın azaldılması istiqamətində NÖVBƏTİ ADDIMVİDEO

Vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoya biləcəklər. Bu, könüllü kredit qadağası mexanizminin tətbiqi ilə mümkün olacaq.

Xezerxeber.az-ın xəbərinə görə, Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev bildirib ki, bu istiqamətdə işlər yekunlaşma mərhələsindədir. Onun sözlərinə görə, rəqəmsal fırıldaqçılıq risklərinin azaldılması məqsədilə Mərkəzləşdirilmiş məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində də işlər aparılır.

Daxili İşlər Narizliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev bildirib ki, ötən il ölkə üzrə informasiya texnologiyalarından istifadə edilərək törədilən 1709 cinayət faktı qeydə alınıb. Bu cinayətlərin əhəmiyyətli hissəsini onlayn oğurluq və dələduzluq təşkil edib. Həmin dövrdə 632 kiberoğurluq, 353 kiberdələduzluqla bağlı müvafiq cinayət işləri başlanılıb.

Emil Mehdiyev ən çox istifadə edilən kiberdələduzluq üsullarını da sadalayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
82
xezerxeber.az

1Sources