"Opta" superkompüteri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra turnirin qalibi ilə bağlı ehtimalları yenidən hesablayıb.
90deqiqe.Az xəbər verir ki, hesablamalara əsasən, hazırda turnirin əsas favoriti London təmsilçisi "Arsenal" sayılır. İngiltərə klubunun kuboku qazanmaq ehtimalı 28 faiz qiymətləndirilir.
Siyahıda ikinci pillədə 22 faiz göstərici ilə Almaniya nəhəngi "Bavariya" qərarlaşıb. Üçüncü yerdə isə 11 faiz şansla İspaniya təmsilçisi "Barselona" yer alıb.
Superkompüterin hesablamalarına görə komandaların Çempionlar Liqasını qazanmaq ehtimalı belədir:
"Arsenal" — 28%
"Bavariya" — 22%
"Barselona" — 11%
PSJ — 10%
"Real Madrid" — 8%
"Atletiko Madrid" — 6%
"Liverpul" — 5%
"Nyukasl Yunayted" — 2%
"Mançester Siti" — 2%
"Budyo-Qlimt" — 2%
"Bayer Leverkuzen" — 2%
"Qalatasaray" — 1%
"Çelsi" — 1%
"Sportinq" — 0,1%-dən az
"Tottenhem" — 0,1%-dən az
"Atalanta" — 0,1%-dən az
Qeyd edək ki, Çempionlar Liqasının bu mövsüm final oyunu "Puşkaş Arena" stadionunda keçiriləcək. Həlledici qarşılaşma 30 may 2026-cı ildə Budapeşt şəhərində baş tutacaq.