EN

Binanın 11-ci mərtəbəsindən ev aldı, tikinti həmin qata çatanda işlər dayandı – VİDEO

18 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil sahibi olmaq istədi, mənzilini seçdiyi mərtəbəyə çatanda binanın tikintisi yarımçıq dayandırıldı.

NOCOMMENT.az xəbər verir ki, müraciət edən şikayətçi deyir ki, pulunu ödədiyi evini təhvil almaqda problem yaşayır.

Vücay Əliyevin sözlərinə görə, “MM Park” MMC şirkəti ilə mənzil alqı-satqısına dair müqavilə imzalayanda binanın tikintisi işləri artıq 3-cü mərtəbəyə çatıbmış. Üst mərtəbələrə çatana qədər də hər şey yolunda gedib:

Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin məsul şəxsi Şahlar Qurbanov elə sözügedən mənzildə iddialarımızı cavablandıraraq bildirdi ki, vətəndaş haqlıdır, lakin problemin kökü başqadır.

Tikinti şirkətinin nümayəndəsi onu da qeyd etdi ki, əgər binanın tikintisinin davam etdirilməsi üçün müvafiq icazələr verilməsə, Vücal Əliyev məhkəməyə müraciət edərək şirkətdən ödədiyi məbləği gecikmə faizi də nəzərə alınmaqla geri ala bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
35
2
nocomment.az

3Sources