EN

Sahara səhrasına 40 ildə yeddinci dəfə qar yağdı



Əlcəzairin Atlas dağları yaxınlığında, Sahara səhrasının şimal kənarında yerləşən Ayn Sefra şəhərinə qar yağıb. Bu barədə Daily Mail (DM) martın 11-də məlumat verib.

Nəşr qeyd edir ki, bu, son 40 ildə regionda baş verən yeddinci belə hadisədir. 2016-cı ildən əvvəl bu fenomen sonuncu dəfə 1979-cu ildə qeydə alınmışdı, lakin son on ildə qar yağışı daha tez-tez baş verib.
Chosen
76
1
newscenter.az

1Sources