EN

Baxçalıdan müharibə açıqlaması: Türkiyə hazır olmalıdır

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İran ətrafında baş verən müharibə fonunda mümkün ssenarilərlə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Baxçalı qatıldığı iftar proqramında çıxışı zamanı ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının regionda riskləri daha da artırdığını bildirib.

MHP liderinin sözlərinə görə, ABŞ-İsrail əməkdaşlığının hərbi, siyasi və iqtisadi yükü artdıqca, xüsusilə də bu müharibəyə qarşı daxili ictimai etirazlar yüksəldikcə bölgədə təhlükə daha da güclənə bilər.

“Ətrafımızda toplanan risklər getdikcə artır. Buna görə də hər cür ssenariyə hazır olmalıyıq”, – deyə Baxçalı vurğulayıb.

O, həmçinin tərəfləri münaqişəni genişləndirməməyə çağırıb və atəşkəsin vacibliyini qeyd edib.

“Yol yaxınkən atəşkəs rejimi işə düşməlidir. Əllər tətikdə deyil, uzlaşma məqsədi ilə birləşməlidir”, – deyə MHP sədri əlavə edib.

 

Musavat.com

Chosen
37
3
musavat.com

4Sources