EN

TƏCİLİ! Netanyahu Müctəba Xameneiyə elə bir MESAJ göndərdi ki… – VİDEO

İsrailin Baş naziri Benjamin Netanyahu İranın yeni ali dini lideri Müctəba Xamenei və Naim Qasımın taleyi ilə bağlı açıqlama verərək bildirib ki, terroru himayə edən şəxslərin heç biri təhlükəsiz deyil.

O vurğulayıb ki, terrora dəstək verən və onu maliyyələşdirən şəxslər məsuliyyətdən yayınacaqlarını düşünməməlidirlər. Netanyahu qeyd edib ki, hazırda İsrailin bu şəxslərlə bağlı planlarını açıqlamaq niyyətində deyil və müharibə şəraitində “döyüş meydanında dumanın qalması” daha məqsədəuyğundur. Baş nazir əlavə edib ki, qarşıdakı mərhələlərdə müharibə çərçivəsində bir çox gözlənilməz hadisələr baş verə bilər və İsrail qarşıya qoyduğu bütün məqsədlərə nail olmaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, Netanyahu planların detalları barədə danışmaqdan imtina edərək bunun hərbi strategiyanın bir hissəsi olduğunu deyib.

Onun sözlərinə görə, müharibənin davam edən mərhələlərində bir çox sürprizlər baş verəcək və bu planların vaxtından əvvəl açıqlanması düzgün olmaz. İsrail hökumətinin rəhbəri vurğulayıb ki, regionda terroru dəstəkləyən qüvvələr və onların himayədarları üçün təhlükəsiz məkan yoxdur.

O bildirib ki, İsrail təhlükə hesab etdiyi strukturlara qarşı mübarizəni davam etdirəcək və bu istiqamətdə bütün imkanlardan istifadə olunacaq.

Aygün

Chosen
37
nocomment.az

1Sources