EN

“Neftçi”də işləyirəm, mən necə “Qarabağ”ın ən yaxşı olduğunu deyə bilərəm?”

Yuri Vernidub futbolinfo.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, bir sıra maraqlı məqamlara toxunan ukraynalı mütəxəssis komandaları müqayisə edib.

Təcrübəli çalışdırıcı “Qarabağ”ın hazırda postsovet məkanının ən yaxşı komandası olub-olmaması ilə bağlı suala özünəməxsus şəkildə cavab verib:

“Mənim üçün ən yaxşı klub “Neftçi”dir. Burada işləyirəm, mən necə “Qarabağ”ın ən yaxşı olduğunu deyə bilərəm?

Mənim üçün “Neftçi” daha adlı-sanlı klubdur. Məncə, istənilən azərbaycanlıdan soruşsan, onlar da bunu təsdiqləyəcək.

Hə, indiki dönəmdə “Qarabağ” daha yuxarıda ola bilər, amma “Neftçi” elə “Neftçi”dir. Əgər “Qarabağ” gələn mövsüm də bu uğurunu təkrarlasa, mən onların qarşısında papağımı çıxarıb təzim edəcəyəm.

Eləyə qalsa, “Şerif” də Çempionlar Liqasının qrup mərhələsində bir mövsümdə böyük iş gördü”.

Vernidub “Qarabağ”ın son 12 ildə böyük uğurlar qazanmasına baxmayaraq, heç vaxt “Neftçi” olmayacağını deyib:

“100 yox, hətta 200 faiz! Dediyim kimi “Neftçi” elə “Neftçi”dir. Bu klub brenddir, addır, tarixdir.

“Qarabağ” son 12 ildə belə fantastik çıxış edir, amma “Neftçi” tarixin özüdür!”

Chosen
57
sportinfo.az

1Sources