EN

Bədənim tanınmaz hala düşdü Pasiyentdən plastik cərraha ağır ittiham VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Əməliyyatdan sonra bədəninin deformasiyaya uğradığını və aparılan cərrahi prosedurların izlərinin qaldığını iddia edən vətəndaş estetik əməliyyatla bağlı şikayət edib.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, uğursuz əməliyyat keçirildiyini deyən şikayətçi Günay Kərimlinin sözlərinə görə, bir neçə il əvvəl plastik cərrah kimi fəaliyyət göstərən Səkinə Xudiyevaya müraciət edib.

"Bədənim tanınmaz hala düşdü" - Pasiyentdən plastik cərraha ağır ittiham - VİDEO

O bildirib ki, həkimə mammoplastika, abdominoplastika və qolgərmə əməliyyatları etdirmək üçün üz tutub.

Lakin aparılan əməliyyatlar uğursuz nəticələnib və əməliyyatdan sonra bədənində ciddi fəsadlar yaranıb.

Şikayətçi bildirir ki, yaranan qüsurların aradan qaldırılması üçün həkim tərəfindən ona təkrar əməliyyat edilib. Ancaq revizion əməliyyatın nəticəsi də uğursuz olub.

İddialarda adı çəkilən həkim Səkinə Xudiyeva ilə əlaqə saxlanılıb. Həkim məsələ ilə bağlı öz mövqeyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
96
4
oxu.az

5Sources