ABŞ-nin "İnter Mayami" klubu İngiltərənin "Mançester Siti" komandasında çıxış edən portuqaliyalı yarımmüdafiəçi Bernardu Silvanı heyətinə qatmaq niyyətindədir.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 31 yaşlı futbolçunun xidmətində MLS çempionu ilə yanaşı, İtaliyanın "Yuventus", Portuqaliyanın "Benfika" klubları və daha bir neçə komanda maraqlıdır.
Onu azad agent kimi transfer etmək planlaşdırılır. Futbolçunun "şəhərlilər"lə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.
Bernardu Silva 2017-ci ilin iyulundan "Mançester Siti"nin formasını geyinir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 39 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 27 milyon avro qiymətləndirir.