EN

ABŞ-ın Rusiya nefti ilə bağlı müvəqqəti icazəsi İrana şamil edilmir

ABŞ-ın Rusiya nefti ilə bağlı müvəqqəti icazəsi İrana şamil edilmir

ABŞ hakimiyyətinin 12 mart tarixinədək gəmilərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışını müvəqqəti olaraq sanksiyalardan kənar tutmaq qərarı İranla bağlı hər hansı sövdələşmələrə şamil edilmir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunmuş baş lisenziyada bildirilir.

Sənəddə dəqiqləşdirilir ki, bu baş lisenziya müvafiq icra sərəncamı ilə qadağan edilmiş heç bir tranzaksiya və fəaliyyətə, o cümlədən İran, İran hökuməti, habelə İrandan gələn mal və xidmətlərlə bağlı hər hansı əməliyyatlara icazə vermir.

Chosen
116
afn.az

1Sources