EN

İran Hörmüz boğazında minalar yerləşdirir

İran Hörmüz boğazında minaların düzülməsi prosesini başladı

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri amerikalı rəsmiyə istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, İslam Respublikasının bu addımları ABŞ-ın Fars körfəzi vasitəsilə gəmiçilik hərəkətini bərpa etmək səylərini çətinləşdirə bilər.

Məlumatda bildirilir ki, hər nə qədər ABŞ hərbçiləri boğazda sürətli minalama üçün istifadə edilə biləcək iri İran hərbi gəmilərini məhv etdiklərini bildirsələr də, İran bu əməliyyat üçün daha kiçik ölçülü qayıqlardan istifadə etməyə başlayıb. Nəşrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğaza minlərlə kiçik qayıq göndərə bilər; bu qayıqlardan artıq iri gəmiləri, o cümlədən ABŞ Hərbi Dəniz Donanmasını təqib etmək üçün istifadə olunur.

Chosen
77
50
publika.az

10Sources