EN

Sahara səhrasına 40 ildə yeddinci dəfə qar yağıb

Əlcəzairin Atlas dağlarının yaxınlığında, Sahara səhrasının şimal kənarında yerləşən Ayn Sefra şəhərinə qar yağıb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazıb.

Nəşr qeyd edib ki, bu, son 40 ildə regionda baş verən yeddinci belə hadisədir. 2016-cı ildən əvvəl bu fenomen sonuncu dəfə 1979-cu ildə qeydə alınmışdı, lakin son on ildə qar yağışı daha tez-tez baş verib

Chosen
78
3
publika.az

4Sources