EN

İran hələ əsas silahından istifadə etməyib VSJ

ain.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ ilə iki həftə davam edən müharibə zamanı İran region ölkələrinə qarşı çox sayda raket və kamikadze dronlarından istifadə edib. Lakin onun əsas silahı bundan daha az diqqətçəkən bir vasitə – dəniz minaları ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” yazıb.

Bildirilir ki, dəniz minaları sadə silahdır və İran onların köməyi ilə həqiqətən də dünya iqtisadiyyatında xaos yarada bilər.

Nəşr yaxın vaxtlarda yayılan məlumatlara istinad edərək bildirir ki, İran Hörmüz boğazını minalamağa başlayıb. Bu boğaz Yaxın Şərq neftinin və mayeləşdirilmiş qazın böyük hissəsinin ixrac olunduğu dar dəniz dəhlizidir. Hələlik söhbət cəmi on minadan gedir, lakin bu silahın potensialı çox böyükdür.

Qeyd edək ki, İranın Hörmüz boğazını minaladığı haqda iddia yayılıb. Tehran isə bu iddiaları təkzib edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
axar.az

1Sources