EN

ABŞ bu sistemləri də Yaxın Şərqə köçürdü General

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

NATO ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda Avropadan Yaxın Şərqə bir neçə hava hücumundan müdafiə (HHM) sistemi köçürmək məcburiyyətində qalıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Senatında keçirilən dinləmələr zamanı NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı, amerikalı general Aleksus Qrinkyeviç bildirib.

“NATO üzrə bəzi müttəfiqlərimizi qorumaq üçün Avropa Komandanlığının hava hücumundan müdafiə vasitələrinin bir hissəsindən Şərqi Aralıq dənizi bölgəsində istifadə olunub”, - o deyib.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi də ABŞ-ın Koreya ərazisində yerləşən bəzi HHM sistemlərini Yaxın Şərqə köçürdüyünü bəyan etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
1
axar.az

3Sources