Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu gün futbol üzrə Misli Premyer Liqasının 24-cü turunun oyunu “Araz-Naxçıvan” “Karvan-Yevlax” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 18:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Kamranbəy Rəhimov idarə edəcək.
“Araz-Naxçıvan” 33 xalla turnir cədvəlinin beşinci pilləsində yer alıb. 8 xala malik “Karvan-Yevlax” isə on birincidir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 24-cü tur
13 mart
18:30. “Araz-Naxçıvan” - “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Liv Bona Dea Arena”
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.