Yazını böyüt
Yazını kiçilt
Livan çox təhlükəli mərhələdən keçir. Beyrut və cənub rayonları, eləcə də ölkənin cənubu və Bekaa regionu raket zərbələrinə məruz qalır. Hökumət müharibəni dayandırmaq üzərində işləyir.
Hafta.az xəbər verir ki, bu sözləri Livanın Baş naziri Nəvaf Salam yerli televiziya ilə çıxışında deyib.
Baş nazir vurğulayıb ki, Livan başqalarının müharibəsi üçün bir daha döyüş meydanı olmayacaq. Prezident Cozef Aun ölkəni hazırkı vəziyyətdən çıxarmaq üçün danışıqlara başlamaq təşəbbüsü irəli sürüb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Livana qarşı hərbi əməliyyatları nəticəsində 687 nəfər ölüb.
Qeyd edək ki, İsrail ordusu hücumların “Hizbullah”ın raket atəşinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.