EN

İşıqlar şəhəri qaranlığa qərq olunacaq

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün Mingəçevir şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Modern.az "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq "Şəhər" yarımstansiyasından çıxan 6 kV-luq 8 saylı hava xətti və bu xətdən qidalanan 400 kVA gücündə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək şəhərin Nəriman Nərimanov, Nizami və Əliağa Vahid küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
modern.az

1Sources